Premyer Liqanın iki komandasından TƏKLİFİ VAR

28 İyul 2024 17:20 Almaniya 1 450
Premyer Liqanın iki komandasından TƏKLİFİ VAR

Dortmund “Borussiya”sında çıxış edən vinger Doniel Malen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Caught Ofsayd”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu üçün “Arsenal” və “Liverpul” mübarizə aparır.

Mersisaydlılar Maleni Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirirlər, “topçular” isə onun Bukayo Saka ilə rəqabət aparmasını istəyir.

25 yaşlı futbolçu bu iki variant arasında “Arsenal”a keçməyə üstünlük verir.

Malenin transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?