COP29

“Əlimdə etibarlı müqavilə var” - Adı “Real”la hallanan

5 İyun 21:40 Almaniya 747
“Əlimdə etibarlı müqavilə var” - Adı “Real”la hallanan

“Bayer”in futbolçusu Florian Virts gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı vinger əlində etibarlı müqavilə olduğunu bildirib:

“Hər kəs bilir ki, mənim əlimdə etibarlı müqavilə var. Ona görə də bu barədə danışmağın vaxtı deyil.

Mən “Bayer”də hər şeydən razıyam, burada rahatdır. Hazırda bütün fikirlərim 2024-cü il Avropa çempionatına yönəlib. Qalan şeylər məni maraqlandırmır”.

Futbolçunun adı İspaniyanın “Real” klubu ilə yanaşı hallanırdı.

Virts ötən mövsüm 32 oyun keçirib, 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Bayer”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?