COP29

Baş məşqçi dəyişikliyinə əl atdılar - Bundesliqa klubu

6 May 21:40 Almaniya 602
Baş məşqçi dəyişikliyinə əl atdılar - Bundesliqa klubu

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Union Berlin" Nenad Byelitsa ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisini mövsümün sonuna kimi Marko Qrote çalışdıracaq.

"Union Berlin" Bundesliqada 32 turdan sonra 30 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!