44 nömrəli formanın istehsalı qadağan olundu - Bu ölkədə

2 Aprel 01:40 Almaniya 260
44 nömrəli formanın istehsalı qadağan olundu - Bu ölkədə

Almaniya millisinin texniki sponsoru olan “Adidas” komandanın 44 nömrəli formasını istehsal etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

“Adidas”ın qərarına səbəb 44 rəqəminin nasizm simvolu ilə oxşar olmasıdır.

Oyunçular onsuz da turnir qaydalarına görə bu nömrəni seçə bilməyəcəkdilər, lakin azarkeşlərin 44 nömrəli formanı sifariş etmək imkanı var idi.

Bununla belə, “Adidas” azarkeşlər üçün də 44 nömrəli forma istehsal olunmasını qadağan edib.

Almaniya millisi Avro-2024-də A qrupunda mübarizə aparacaq. Yulian Naqelsmannın komandasının rəqibləri Şotlandiya, Macarıstan və İsveçrə milliləri olacaq.

Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti