"Camalla yeni müqavilə imzalamaq bizim ən böyük məqsədimizdir”

21 Mart 16:55 Almaniya 314
"Camalla yeni müqavilə imzalamaq bizim ən böyük məqsədimizdir”

“Bayern”in idman direktoru Maks Eberl gənc oyunçuları Camal Musiala və Matis Teli klubun gələcəyi adlandırıb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi ən böyük məqsədlərinin almaniyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq olduğunu bildirib:

“Onlar klubun gələcəyinin simalarıdır. Komandamızda həmişə çox böyük istedad və potensiala malik gənc futbolçular olub.

Camal, Matis və Aleks Pavloviç də belədir. Matis artıq müqaviləsini 2029-cu ilə qədər uzadıb, indi növbə Camaldadır.

Bəli, onunla yeni müqavilə imzalamaq bizim ən böyük məqsədimizdir”.

“Bayern” Bundesliqanın cari mövsümündə 26 turdan sonra lider “Bayer”dən 10 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"