"Qarabağ"ı qarşısında gördü, növbəti uğura imza atdı

20 Mart 03:50 Almaniya 598
"Qarabağ"ı qarşısında gördü, növbəti uğura imza atdı

"Bayer 04"ün baş məşqçisi Xabi Alonso növbəti uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandası ilə bu mövsüm 26 turdan sonra göstərdiyi nəticə ilə Bundesliqada ən yaxşı baş məşqçilərin siyahısında 2-ci yerə yüksəlib.

"Bayer 04" hazırda 70 xalla birinci pillədədir. Çempionatda ən yaxşı göstərici isə 26 tura 74 xal toplayan "Bavariya"nın sabiq baş məşqçisi Xosep Qvardiolaya məxsusdur. O, sözügedən nəticəyə 2013/14 mövsümündə imza atıb.

Siyahının 3 və 4-cü pillələrində də "Bavariya" qərarlaşıb. 2012/13 mövsümündə Münhen təmsilçisinin baş məşqçisi Yupp Haynkes 26 turda 69 xal, 2015/16 mövsümündə isə Xosep Qvardiola 66 xal toplayıb.

X.Alonso bunu 26 turdan sonra fərqli klubla bacarmaqla həm özünün, həm də "Bayer 04"ün adını Almaniya futbolu tarixinə yazdırıb.

"Bayer 04" Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"