Bundesliqa klubunda yeni baş məşqçi - Sözləşmə uzunmüddətlidir

19 Mart 2024 10:20 Almaniya 891
Bundesliqa klubunda yeni baş məşqçi - Sözləşmə uzunmüddətlidir

“Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanı bundan sonra Ralf Hazenhüttl çalışdıracaq. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Lakin bildirilir ki, tərəflər arasında sözləşmə uzunmüddətlidir.

56 yaşlı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Niko Kovaçı əvəzləyib.

Hazenhüttl əvvəllər “Sauthempton”, “Leypsiq” və “İnqolştadt” komandalarına rəhbərlik edib.

“Volfsburq” hazırda Bundesliqanın turnir cədvəlində 25 xalla 14-cüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti