"Bavariya" 5 qolla qalibiyyət əldə etdi - VİDEO

17 Mart 2024 00:10 Almaniya 886
"Bavariya" 5 qolla qalibiyyət əldə etdi - VİDEO

Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Bavariya" səfərdə "Darmştadt"ın qonağı olub.

Qarşılaşma Münhen təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 60-a yüksəldən "Bavariya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Darmştadt" isə sonuncu yerdədir.

"Darmştadt" - "Bavariya" 2:5
Qollar:
Tim Skarke, 28, Oskar Vilhelmsson, 90+5 - Camal Musiala, 31, 64, Harri Keyn, 45+1, Serji Qnabri, 74, Matias Tel, 90+3

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti