Yeganə klub oldu - Daha əvvəl belə hal baş verməmişdi

14 Mart 2024 08:30 Almaniya 935
Yeganə klub oldu - Daha əvvəl belə hal baş verməmişdi

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” Bundesliqadan Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

"Bayer" martın 6-da 1/4 finalda "Ştutqart"ı məğlub edərək yarımfinala adlamışdı.

Ötən gecə isə digər bir Bundesliqa təmsilçisi "Borussiya" (Münhenqladbax" 1/4 finalda "Saarbrüken"lə qarşılaşıb və uduzub - 2:1.

Bununla da "Bayer" ölkə kubokunun tarixinə düşüb. Leverkuzen təmsilçisi bu mövsüm həm Bundesliqada çıxış edən, həm də Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub. Daha əvvəl belə hal baş verməyib.

Almaniya kubokunun yarımfinalında “Kayzerslautern” evdə “Saarbrüken”lə, “Bayer Leverkuzen” isə evdə “Fortuna Düsseldorf”la qarşılaşacaq. Matçlar 2-3 aprel tarixlərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti