Qalmağı məsləhət görürlər - “Qarabağ”ın rəqibinin baş məşqçisinə

9 Mart 2024 15:40 Almaniya 1 029
Qalmağı məsləhət görürlər - “Qarabağ”ın rəqibinin baş məşqçisinə

“Bayer”in (Leverkuzen) keçmiş idman direktoru Rayner Kalmund baş məşqçi Xabi Alonsonun gələcək karyerası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o belə deyib:

“Çox şey yazırlar, amma hər şeyə inanmaq lazım deyil. Arzu etmək istəmirəm, ancaq Alonsonun növbəti mövsümdə Leverkuzendə baş məşqçi qalacağına inanıram.

O, futbolçu karyerası ərzində hər şeyi, o cümlədən “Real”la Çempionlar Liqasını qazanıb. Karlo Ançelotti Madrid klubu ilə müqaviləsini uzadıb. İndi risk yoxdur.

Mən ona daha bir-iki il “Bayer”də qalmağı və sonra bəlkə də, Ançelottini əvəz etməyi məsləhət görərdim”.

İspaniyalı mütəxəssislə “Real”ın maraqlandığı bildirilir.

“Qarabağ” vropa Liqasının 1/8 final mərhələsində “Bayer”in rəqibidir. İlk oyun 2:2 hesabı ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti