10 baş məşqçi arasında seçim edir - "Qarabağ"ın Avroliqadakı rəqibi

7 Mart 15:20 Almaniya 673
10 baş məşqçi arasında seçim edir -

"Bayer" rəhbərliyi ispaniyalı Xabi Alonsonu əvəz edə biləcək yeni baş məşqçi axtarışlarına başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Bild" mənbələrə istinadən yazıb.

Mənbənin sözlərinə görə, klub Xabi Alonsonun bu mövsümün sonunda "Bayer"i tərk etmək qərarına gəlməsinə hazırdır, ona görə də onlar artıq 10-dan çox mütəxəssisdən ibarət namizəd siyahısı hazırlayıblar.

Hazırda klub "Real Madrid"in əvəzedici komandasında işləyən Raul və "Ştutqart"a başçılıq edən Sebastyan Hönes ilə maraqlanır. Eyni zamanda, klub rəhbərliyi Xabi Alonsonun ən azı daha bir mövsüm klubda qalacağına əmindir.

41 yaşlı Alonso 2022-ci ildən "Bayer"ə rəhbərlik edir. Bu mövsüm komdanda Bundesliqada keçirdiyi 27 oyundan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir.

Futbolçu kimi Alonso 2009-2014-cü illərdə "Real Madrid"də çıxış edib və komandanın tərkibində İspaniya çempionu, iki dəfə ölkə kubokunun qalibi, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

"Bayer" cari mövsümdə Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparıb. Leverkuzen təmsilçisi hər iki oyunda qələbə qazanıb (5:1, 1:0).

Komandalar turnirin 1/8 finalında da rəqibdir. İlk oyun bu gün Bakıda, cavab görüşü martın 15-də Leverkuzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti