"Bütün futbolçulardan istəyim budur ki..." - “Bayer”in baş məşqçisi

7 Mart 03:40 Almaniya 889
"Bütün futbolçulardan istəyim budur ki..." - “Bayer”in baş məşqçisi

“Qarabağ”ın pley-off mərhələsində “Braqa” ilə keçirilən hər iki oyununda tipik performansını gördük”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la baş tutacaq oyun haqda deyib.

İspaniyalı çalışdırıcı Ağdam təmsilçisinin Avropa Liqasında Portuqaliya klubu ilə oyunundan da danışıb:

“Qarabağ”ın pley-off mərhələsində “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Güclü komandadır, avrokubok təcrübəsi böyükdür.

Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfər qalsa da, sona qədər yaxşı mübarizə apardılar”.

Çalışdırıcı argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun hazır olduğunu qeyd edib:

“Sabahkı oyunda da start heyətində çıxış edə biləcək. Ondan gözləntilərimiz böyükdür. Bütün futbolçulardan istəyim komandaya dəstək olmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti