“Bayer” bütün xərcləri öz üzərinə götürdü - Bakıya çarter reysi ilə gətirəcək

6 Mart 20:20 Almaniya 1 181
“Bayer” bütün xərcləri öz üzərinə götürdü - Bakıya çarter reysi ilə gətirəcək

“Bayer” (Leverkusen) rəhbərliyi Avropa Liqasının 1/8 final mərhələsində Ağdam təmsilçisi ilə keçiriləcək oyundan öncə azarkeşləri sevindirib.

Sportinfo.az xəbər verir ki, Almaniya klubu fanatların Bakıya gəlişini təmin edəcək.

Belə ki, leverkuzenlilərin 16 avro bilet pulu da daxil olmaqla bütün xərcləri klub tərəfindən qarşılanır. Azarkeşlər Bakıya çerter reysi ilə gələcəklər.

“Qarabağ”la “Bayer” arasında görüş sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti