"Bavariya"ya keçəcək? - "Qarabağ"ın rəqibinin müdafiəçisi

6 Mart 15:20 Almaniya 307
"Bavariya"ya keçəcək? - "Qarabağ"ın rəqibinin müdafiəçisi

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Ceremi Frimponq yayda klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı sağ cinah müdafiəçisinin xidmətində "Bavariya" maraqlıdır. Bu barədə "Sky Sports" məlumat yayıb.

Münhen təmsilçisi niderlandlı arxa xətt oyunçusu üçün onun klubuna 45-50 milyon avro ödəməyə hazırdır.

"Bayer" Ceremi Frimponqu 2021-ci ilin yayında "Seltik"dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" "Bayer"lə ilm oyunu martın 7-də Bakıda keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonta Almaniyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti