“Qarabağ” bunu görüb, daha neyləyə bilər axı…

5 Mart 08:40 Almaniya 3 306
“Qarabağ” bunu görüb, daha neyləyə bilər axı…

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan “Bayer 04”ün baş məşqçisi Xabi Alonso Bundesliqada unikal göstəriciyə imza atıb.

Sportinfo.az xəbər verir ki, komandası onun rəhbərliyi altında keçirdiyi ilk 50 görüşün 33-də qələbə qazanmaqla bunu reallaşdırıb.

İspaniyalı mütəxəssis Bundesliqa tarixində ilk 50 matçında ən çox qalibiyyət sevinci yaşayan üçüncü çalışdırıcı olub.

O, yalnız “Bavariya”nın sabiq baş məşqçiləri Hans-Diter Flik və Pep Qvardioladan geri qalır. Flik təyinatından sonrakı 50 qarşılaşmanın 40-da, rekordçu Qvardiola isə 42-də qələbəyə sevinib.

“Bayer 04” hazırda 64 xalla Bundesliqaya başçılıq edir. Leverkuzen təmsilçisi növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti