Baş məşqçi ilə yola getməyən oyunçunun müqaviləsini uzatmağa çalışırlar

4 Mart 2024 18:20 Almaniya 679
Baş məşqçi ilə yola getməyən oyunçunun müqaviləsini uzatmağa çalışırlar

“Bayern” yarımmüdafiəçisi Coşua Kimmixlə 2025-ci ildə başa çatacaq müqaviləni uzatmağa çalışır.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında 3 illik yeni müqavilənin imzalanması üçün danışıqlar aparılır.

Yarımmüdafiəçinin komandanın bəzi üzvləri ilə münasibətlərinin pisləşməsi və baş məşqçi Tomas Tuxelin məşqçilər korpusunun nümayəndələrindən biri ilə münaqişədən sonra gələn yay Münhen klubunu tərk etmək istədiyi barədə daha əvvəl xəbər yayılmışdı.

Futbolçu hesab edir ki, məşqçilər korpusunun nümayəndələri artıq ona hörmət etmirlər.

Kimmix bu mövsüm bütün turnirlərdə komandanın heyətində 28 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 18:10 Çək və bizə göndər!