“Bayer” Bakıya möhtəşəm seriya ilə gəlir - VİDEO

4 Mart 01:20 Almaniya 286
“Bayer” Bakıya möhtəşəm seriya ilə gəlir - VİDEO

"Qarabağ"ın Avropa Liqasını 1/8 final mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 24-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi səfərdə "Köln"lə qarşılaşıb.

"Bayer" rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da Xabi Alonsonun komandası məğlubiyyətsiz oyunlar seriyasını 34-ə çatdırıb (24 matç Bundesliqada, 6 matç Avroliqada, 4 matç ölkə kubokunda).

Bu görüşdə "Bayer"in qollarını 38-ci dəqiqədə Jeremi Firimponq və 73-cü dəqiqədə Aleks Qrimaldo vurub.

"Bayer" hazırda Bundesliqanın turnir cədvəlində 64 xalla liderdir. Komanda 2-ci yerdəki "Bavariya"nı 10 xal qabaqlayır.

"Bayer" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Sözügedən matç martın 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və saat 21:45-də başlayacaq.

Bu komandalar arasında cavab görüşü isə martın 14-də Leverkuzendə oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti