"Bayer"in kapitanı: "Avropa Liqasında ən yaxşı mövsümü keçirmək istəyirik"

28 Fevral 09:00 Almaniya 351
"Bayer"in kapitanı: "Avropa Liqasında ən yaxşı mövsümü keçirmək istəyirik"

"Bayer"in kapitanı Lukaş Hradeçki mövsümün sonunda əldə etmək istədiyi kuboklardan danışarkən, komandasının Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la matçdakı ambisiyalarını da bölüşüb.

Sportinfo.az xəbər verir ki, “kicker”ə danışan finlandiyalı qolkiper hər üç turnirdə uğurlu çıxış etmək istədiklərini bildirib:

"Bundesliqa mövsümündə vacib olan yeganə şey kubokdur. Əgər indi tənəzzülə uğrasaydıq, bu o demək olardı ki, biz artıq əvvəlki kimi yaxşı oynamırıq.

Bu isə məyusluq olardı. Amma biz Bundesliqada, Almaniya kubokunda və Avropa Liqasında ən yaxşı mövsümü keçirmək istəyirik".

"Qarabağ" - "Bayer" matçları martın 7 və 14-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti