O, tanınmış klubun idman direktoru vəzifəsinə təyin edildi

27 Fevral 10:20 Almaniya 247
O, tanınmış klubun idman direktoru vəzifəsinə təyin edildi

50 yaşlı futbol funksioneri Maks Eberl “Bayern”in idman direktoru vəzifəsinə təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.

Münhen klubunda idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, bosniyalı mütəxəssis Hasan Salihamiciçin bu vəzifədən qovulmasından sonra boş idi.

Maks Eberl 2023-cü ilin yanvar-sentyabr aylarında “Leyptsiq”in idman direktoru olub. Bundan əvvəl o, 23 il Münhenqladbax “Borussiya”sında çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti