“Başa düşürük ki, bacardığımız qədər yaxşı oynamırıq”

26 Fevral 15:40 Almaniya 235
“Başa düşürük ki, bacardığımız qədər yaxşı oynamırıq”

“Bayern”in hücumçusu Harri Keyn Münhen klubunun baş məşqçisi Tomas Tuxelin mövsümün sonunda gedişindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, qərarın verildiyini və artıq komandanın özünü təkmilləşdirməli olduğunu deyib:

“Klub bununla bağlı qərar verib. Biz futbolçular məşqçi və klub qarşısında məsuliyyətimizi nümayiş etdirməli, bu mövsüm əlimizdən gələn hər şeyi etməliyik.

Başa düşürük ki, bacardığımız qədər yaxşı oynamırıq. Bunu oturub müzakirə etmək olmaz.

Mübarizə aparmaq və çox çalışmaq lazımdır. Bu, məhz bu gün etdiyimiz şeydir”.

“Bayern” daha əvvəl baş məşqçi Tomas Tuxelin cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.

“Bayern” Almaniya çempionatının 23 turundan sonra 53 xal toplayıb və lider “Bayer”dən 8 xal geri qalaraq, ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti