Mövsümün sonunda klubdan ayrılacaq: “Razılaşdıq ki...”

21 Fevral 18:40 Almaniya 219
Mövsümün sonunda klubdan ayrılacaq: “Razılaşdıq ki...”

“Bayern”in baş məşqçisi Tomas Tuxel 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını şərh edib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis mümkün olan hər şeyi edəcəyini bildirib:

“Biz razılaşdıq ki, bu mövsümün sonunda iş əlaqələrimizi bitirək. Əlimdən gələni edəcəm.

O ana qədər, əlbəttə ki, maksimum uğur əldə etmək üçün məşqçilər korpusumla birlikdə mümkün olan hər şeyi etməyə davam edəcəm”.

50 yaşlı mütəxəssis 2023-cü ilin martında Münhen komandasının “sükanı arxasına” keçib.

Komanda hazırda 22 oyundan sonra 50 xalla Bundesliqanın turnir cədvəlində ikinci yerdədir. “Bayern” lider “Bayer”dən (Leverkuzen) 8 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti