Baş məşqçi ilə sərt şəkildə mübahisə etdi - Onu əvəzlədiyi üçün

20 Fevral 21:40 Almaniya 281
Baş məşqçi ilə sərt şəkildə mübahisə etdi - Onu əvəzlədiyi üçün

“Bayern”in baş məşqçisi Tomas Tuxellə futbolçusu Coşua Kimmix arasında gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “Bohum”la oyundan sonra (2:3) onu əvəzlədiyi üçün baş məşqçisi ilə sərt şəkildə mübahisə edib.

Hazırda Tuxelin Kimmixin mövqeyinə futbolçu axtarışında olduğu bildirilir. Kimmix isə məsələdən xəbərdardır və tərəflər arasında yaşanan soyuqluğun səbəblərindən biri də budur.

Kimmix 2015-ci ildən Münhen klubunda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti