“Özümü axmaq kimi hiss edirəm” - Tanınmış futbolçudan ETİRAF!

20 Fevral 01:30 Almaniya 239
“Özümü axmaq kimi hiss edirəm” - Tanınmış futbolçudan ETİRAF!

“Bavariya”nın futbolçusu Leon Qoretzka son zamanlar klubun zəif çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, Almaniya millisinin futbolçusu Münhen təmsilçisinin Bundesliqada məğlubiyyətə uğramasını “dayanmayan qorxu filmi” ilə müqayisə edib.

Ötən həftə “Bayer Levekuzen”ə 0:3 uduzan komanda bu dəfə “Bohum”a 2:3 hesabı ilə məğlub olub.

Yarımmüdafiəçi hazırda hər şeyin onların əleyhinə olduğunu deyib:

“Bu, bizim fərdi səhvlərimizdir, onları düzəldib özümüzü sorğulamalıyıq. Özümü axmaq kimi hiss edirəm.

Keçən mövsüm sona qədər inandıq və nəticə verdi. Buna görə də bunu yenidən bacaracağıq”.

“Bavariya”nın növbəti oyunu fevralın 24-də “Leypsiq”ə qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti