"Ola bilsin ki, hazırkı vəziyyət bizə qətiyyətli irəliləyiş verəcək"

18 Fevral 17:20 Almaniya 230
"Ola bilsin ki, hazırkı vəziyyət bizə qətiyyətli irəliləyiş verəcək"

“Bayern”in baş məşqçisi Tomas Tuxel ardıcıl iki məğlubiyyətdən sonra komandanın Bundesliqa və Çempionlar Liqasını qazanmaq şansları ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis hazırki vəziyyətin onlara irəliləyiş verəcəyini bildirib:

“Ardıcıl iki matçda məğlub olanda turnirlərdə qalib gəlmək şanslarından danışmaq yersizdir. Ola bilsin ki, hazırkı vəziyyət bizə qətiyyətli irəliləyiş verəcək”.

Münhen klubu fevralın 10-da Almaniya çempionatının 21-ci turunda “Bayer”ə uduzub (0:3), 14-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Latsio”ya məğlub olub (0:1).

Tuxelin komandası hazırda 50 xalla Bundesliqanın turnir cədvəlində ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti