“Biz bu barədə danışacaq insanlar deyilik” - SUALDAN QAÇDI

15 Fevral 22:00 Almaniya 227
“Biz bu barədə danışacaq insanlar deyilik” - SUALDAN QAÇDI

“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə oyunda məğlubiyyətdən (1:0) sonra komandanın baş məşqçisi Tomas Tuxelin mümkün istefası barədə danışmaq istəməyib.

Sportinfo.az xəbər verir ki, Müller nəticələrin yaxşı olmadığını bildirib:

“Biz oyunçular bu barədə danışacaq insanlar deyilik. Bu bir az hörmətsizlikdir.

İndiyə kimi nəticələr çox da yaxşı deyil. “Bayern”də hər kəs bunun öhdəsindən gəlmək üçün çalışır. Biz bir yerdəyik”.

Bu komandalar arasında cavab görüşü martın 5-də Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti