Klub rəhbərliyindən son qərar - Futbolçuların maaşını azaldacaqlar

15 Fevral 21:40 Almaniya 275
Klub rəhbərliyindən son qərar - Futbolçuların maaşını azaldacaqlar

“Bayern” rəhbərliyi maaşları əhəmiyyətli dərəcədə azaltmağa çalışacaq.

Sportinfo.az xəbər verir ki, ilk növbədə Münhen təmsilçisi komandanın gənc futbolçuları Camal Musiala və Alfonso Deyvisin maaşlarını azaltmağı planlaşdırır.

Klub rəhbərliyi yeni müqaviləyə əsasən kanadalı müdafiəçiyə ildə 13 milyon avro ödəmək niyyətində deyil.

Həmçinin Almaniya təmsilçisinin rəhbərliyi hesab edir ki, Musiala hələ sabit oyununu tapmayıb və buna görə də ciddi maaş artımına layiq deyil.

Musiala bu mövsüm bütün yarışlarda 24 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Deyvis 27 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!