Mövsümün sonuna qədər onu qovmayacaqlar – Rəhbərlik səbrini basdı

13 Fevral 22:00 Almaniya 232
Mövsümün sonuna qədər onu qovmayacaqlar – Rəhbərlik səbrini basdı

“Bayern” baş məşqçisi Tomas Tuxeli mövsümün sonunadək komandadan qovmayacaq.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın 21-ci turunda “Bayer”ə 0:3 hesabı ilə uduzub.

Bu isə həm azarkeşləri, həm də klub rəhbərliyini məyus edib.

Tuxel özü də futbolçuların tapşırıqları meydanda yerinə yetirməməsindən narazı qalıb. “Bayern” mövsümün sonuna qədər Tuxeli qovmayacaq.

Lakin komandanın heyətində və oyun taktikasında dəyişikliklər ediləcəyi gözlənilir.

Hazırda “Bayern” 50 xalla Almaniya çempionatının turnir cədvəlində 2-ci yerdədir. Komanda lider “Bayer”dən 5 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti