Komandanın baş məşqçisi vəzifəsindən göndərildiyi açıqlandı

13 Fevral 10:20 Almaniya 409
Komandanın baş məşqçisi vəzifəsindən göndərildiyi açıqlandı

“Maynts” Yan Zivertin komandanın baş məşqçisi vəzifəsindən göndərildiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, klub qərarını səfərdə “Ştutqart”a 1:3 hesabı ilə uduzduqdan sonra verib.

Zivert noyabr ayında əsas komandaya keçmişdi – o, buna qədər “Maynts”ın gənclər komandası ilə çalışıb.

Onun Bundesliqa təmsilçisinin “sükanı arxasında” keçirilən 12 qarşılaşmada nəticəsi belə olub: 1 qələbə, 6 heç-heçə və 5 məğlubiyyət.

Hazırda “Maynts” Almaniya çempionatının turnir cədvəlində sondan əvvəlki, 17-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti