"Kimsə başqa cür deyirsə, onların futboldan xəbəri yoxdur"

11 Fevral 20:30 Almaniya 317
"Kimsə başqa cür deyirsə, onların futboldan xəbəri yoxdur"

Almaniyalı keçmiş futbolçu Lotar Matteus Bundesliqanın 21-ci turunun “Bayer” – “Bayern” oyununu (3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, “Bayer”in çempion olacağına inandığını bildirib:

“Bayer”in belə oynamağa davam edəcəyi təqdirdə çempion olacağına şübhəm yoxdur. Və onların bu cür oynamağa davam etməyəcəklərinə şübhə etməyə heç bir əsas yoxdur

. Onlar birlikdə böyüyüblər və komandada hər şeyə nəzarət edən bir lider – Xabi Alonso var. “Bayer” qazanmaq üçün aşkar favoritdir.

Kimsə başqa cür deyirsə, onların futboldan xəbəri yoxdur. “Bayern” qeyri-inandırıcı oynayır.

Təbii ki, Tomas Tuxel oyundan əvvəl verdiyi qərarlara arxayın idi. Ancaq yaxşı çıxış etmədilər.

0:3 hesabı ilə uduzursansa, təbii ki, heyət seçimində səhvlərə yol verilib”.

Digər Xəbərlər
Xəbər Lenti