“Bu qərarı təkbaşına verməyə layiqdir - Bunun önəmini dərk edən çox ağıllı bir insandır”

1 Fevral 18:40 Almaniya 260
“Bu qərarı təkbaşına verməyə layiqdir - Bunun önəmini dərk edən çox ağıllı bir insandır”

“Real”ın yarımmüdafiəçisi Toni Kroos “Liverpul”un baş məşqçisi Yurgen Kloppun mövsümün sonunda postunu tərk edəcəyi xəbərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, 56 yaşlı mütəxəssisin Almaniyada ən populyar məşqçi olduğunu deyib:

“Klopp bu qərarı təkbaşına verməyə layiqdir. Çünki o, bunun önəmini dərk edən çox ağıllı bir insandır.

Almaniya futbolunun pərəstişkarları kimi ümid edə bilərik ki, nəvaxtsa onu Almaniya millisində görə bilərik. Uzun illərdir gözlədiyimiz budur.

Klopp xaricdə çalışsa da, sorğular göstərir ki, o, Almaniyada ən populyar məşqçidir.

Bütün “Liverpul” və futbol azarkeşləri üçün Yurgen Klopp müəyyən bir sədaqət, xüsusilə, fədakarlıq, kluba sevgi və uğurun simvoludur. İndi o, Almaniya və İngiltərə futbolu üçün əfsanədir”.

Digər Xəbərlər
Xəbər Lenti