16 yaşlı hücumçunun transferini tamamlamağa yaxındır - Almaniya nəhəngi

30 Yanvar 15:20 Almaniya 260
16 yaşlı hücumçunun transferini tamamlamağa yaxındır - Almaniya nəhəngi

“Bayern” İsveçin 1-ci liqasında mübarizə aparan AİK (Stokholm) klubunun hücumçusu Yun Kusi-Asareni heyətinə qatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisinin tezliklə 16 yaşlı forvardla müqavilə imzalayacağı gözlənilir.

Bu transferə görə “Bayern”in qarşı tərəfə nə qədər ödəyəcəyi isə hələlik məlum deyil.

Kusi-Asare AİK-in yetirməsidir. O, U-19-dan əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin sentyabrına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti