"Onun sağalması günlər deyil, həftələr tələb edəcək”

26 Yanvar 10:20 Almaniya 377
"Onun sağalması günlər deyil, həftələr tələb edəcək”

“Bayern”in futbolçusu Dayo Upamekano zədələnib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bundesliqanın 13-cü turundan təxirə salınan və ötən gecə keçirilən “Union Berlin”lə matçda (1:0) sıradan çıxıb.

Komandanın baş məşqçisi Tomas Tuxel görüşdən sonra açıqlamasında fransalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib:

“Upamekanonun sağalması günlər deyil, həftələr tələb edəcək”

Upamekano bu mövsüm Münhen təmsilçisinin heyətində 22 matça çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti