“Bayern”dən növbəti təklif - Premyer Liqa klubuna

25 Yanvar 00:20 Almaniya 271
“Bayern”dən növbəti təklif - Premyer Liqa klubuna

“Bayern” “Nyukasl”ın müdafiəçisi Kiran Trippyeri transfer etməkdə israrlıdır.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi bunun üçün İngiltərə klubuna ikinci təklif göndərib.

Hazırda tərəflər müqavilənin təfərrüatlarını müzakirə edirlər. “Bayern”in müdafiəçini almaqda qərarlı olduğu bildirilir.

Klub hətta futbolçunu birədəfəlik almaq hüququ ilə icarəyə götürmək variantını da istəmir.

33 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 19 matçda 7 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti