50 milyon gözlərinə çox göründü, transferindən imtina etdilər - Portuqaliyalının

17 Yanvar 00:20 Almaniya 223
50 milyon gözlərinə çox göründü, transferindən imtina etdilər - Portuqaliyalının

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya qış transfer pəncərəsində “Bayern”ə keçməyəcək.

Sportinfo.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi 28 yaşlı futbolçunu yanvarda transfer etmək fikrindən imtina edib.

“Bayern” rəhbərliyi transfer üçün 50 milyon avro xərcləməkdə məna görməyib. Münhen klubu daha çox müdafiə xəttini gücləndirməyə diqqət yetirir.

Bu mövsüm Palinya “Fulhem”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti