“Mənim üçün bu, gerçəkləşən bir xəyaldır, çünki uşaqlıqda..."

13 Yanvar 01:40 Almaniya 253
“Mənim üçün bu, gerçəkləşən bir xəyaldır, çünki uşaqlıqda..."

“Bayern”in “Tottenhem”dən transfer etdiyi yeni futbolçusu Erik Dayer Münhen klubuna keçdikdən sonra duyğularını bölüşüb.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən futbolçu xəyalının gerçəkləşdiyini bildirib:

“Mənim üçün bu, gerçəkləşən bir xəyaldır, çünki uşaqlıqda bir gün “Bayern” kimi komandada oynamaq istəyirsən.

Bu, inanılmaz tarixi olan, dünyanın ən böyük klublarından biridir. Yeni komanda yoldaşlarım və azarkeşlərlə “Allyanz Arena”da görüşməyi səbirsizliklə gözləyirəm”.

Dayerlə 2024-cü il iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. İngiltərə millisinin üzvü Münhen klubunda 15 nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti