"Nəyə işarə vurduğunuzu bilirəm, təbii ki, yayda ora getmək istəyərdim”

12 Yanvar 00:00 Almaniya 277
"Nəyə işarə vurduğunuzu bilirəm, təbii ki, yayda ora getmək istəyərdim”

"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında mümkün iştirakından danışıb.

Sportinfo.az xəbər verir ki, "Sport1.de"yə danışan təcrübəli futbolçu

"Nəyə işarə vurduğunuzu bilirəm. Təbii ki, yayda Avropa çempionatına getmək istəyərdim.

Amma bu, hazırda düşünmədiyim mövzudur. Bununla belə, əminəm ki, Yulian Naqelsman yaxşı formada olan oyunçuları seçəcək.

Sonda hər kəs öz performansına görə Avropa çempionatına yollanacaq.

Hər hansı proqnoz vermək, turnirə yollanıb-yollanmamaq haqda danışmaq tezdir. Hazırda bütün diqqətimi "Borussiyya"ya yönəltmişəm".

Bu mövsüm Roys 22 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib. 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Turnirin final mərhələsində 24 komanda iştirak edəcək və qarşılaşmalar 10 müxtəlif şəhərin 10 stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti