“Fənərbaxça”ya təklif göndərəcək - 8-10 milyon avroluq

3 Yanvar 20:40 Almaniya 700
“Fənərbaxça”ya təklif göndərəcək - 8-10 milyon avroluq

“Fənərbaxça”nın yarımmüdafiəçisi Migel Krespo karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində “Ayntraxt” maraqlıdır.

Frankfurt təmsilçisi portuqaliyalı oyunçu üçün “Fənərbaxça”ya rəsmi təklif göndərəcək.

İstanbul klubunun 8-10 milyon avroluq təklifi qəbul edəcəyi bildirilir.

“Fənərbaxça” Migel Kresponu 2021-ci ilin yayında “Eştoril”dən transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 16 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti