Şahin karyerasını yenidən “Borussiya”da davam etdirəcək

29 Dekabr 2023 18:20 Almaniya 379
Şahin karyerasını yenidən “Borussiya”da davam etdirəcək

“Antalyaspor”da baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Almaniyanın “Borussiya”da (Dortmund) davam edəcək.

Sportinfo.az Dortmund təmsilçisinin rəsmi “X” hesabına istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.

Armin Reuterşahn öz istəyi ilə Bundesliqa klubundan ayrılıb.

Nuri Şahin futbolçu olduğu dönəmdə – 2005-2011 və 2014-2018-ci illərdə “Borussiya”nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti