"Napoli"dən "Leyptsiq"ə 25 milyon avroluq Elmas transfer

28 Dekabr 2023 22:00 Almaniya 308
"Napoli"dən "Leyptsiq"ə 25 milyon avroluq Elmas transfer

Almaniyanın "Leyptsiq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Napoli"dən Elif Elması transfer edib.

Şimali Makedoniya millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Leyptsiq" 24 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna 25 milyon avro təzminat ödəyəcək.

Elif Elmas cari mövsümdə "Napoli"nin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti