“Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso heyəti yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportinfo.az xəbər verir ki, Bundesliqa klubu “Almeriya”nın yarımmüdafiəçisi Serxio Arribası transfer etmək istəyir.
Tərəflər arasında danışıqların başladığı bildirilib.
Arribas “Real”ın yetirməsidir. O, bu mövsüm “Almeriya”nın heyətində 18 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

