Bundesliqanın 16-cı turunda "Bohum"u 4:0 hesabı ilə məğlub edən "Bayer" mövsümdəki məğlubiyyətsizlik seriyasını 25 matça çatdırıb.
Sportinfo.az xəbər verir ki, Leverkuzen klubu Almaniya tarixində mövsüm başlayandan bütün yarışlarda 25 matçda məğlub olmayan ilk komanda olub.
Hazırda Almaniya çempionatının liderinin hesabında 22 qələbə və üç heç-heçə var.
Bundan əlavə, "Bayer” 2023-cü ildə 22 matçda qalib gələrək yeni klub rekorduna imza atıb.
Buna baxmayaraq, Bayer, bukmeker kontorlarının fikrincə, Bundesliqada qələbəyə əsas namizəd deyil. Leverkuzenlilərin qələbəsinə 30%, "Bavariya"nın qələbəsinə isə təxminən 70% verirlər.
Bundesliqanın 16 turunun nəticələrinə əsasən, "Bayer" 42 xalla "Bavariya"nı 4 xal qabaqlayaraq liderdir. Münhen təmsilçisinin ehtiyatda hələ bir oyunu var.
"Qarabağ”ın da rəqibi olan "Bayer" Avropa Liqasında qrup mərhələsindəki altı oyunun hamısında qalib gələrək inanılmaz nəticə göstərib.
Bayerin baş məşqçisi məşhur keçmiş ispan futbolçu Xabi Alonsodur.

