“Bayern”in baş məşqçisi Tomas Tuxel klubun qarşıdan gələn qış pəncərəsi üçün transfer planlarından danışıb.
Sportinfo.az xəbər verir ki, alman mütəxəssis qış transfer pəncərəsinin asan olmayacağını bildirib:
“Bəli, asan olmayacaq, çünki qış transfer pəncərəsi həmişə yaydan daha çətin olur. Bununla belə, biz hazırda komandamızda olan oyunçulara güvənməyə davam edəcəyik”.
Münhen klubu hazırda 38 xalla Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.

