“Bayern”in prezidenti Uli Hönes Münhen komandanın hücumçusu Tomas Müllerin klubu ilə yeni müqavilə imzalayacağını bildirib.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı futbolçunun Bundesliqa klubu ilə müqaviləsini 2025-ci ilə qədər uzadacağı bildirilir.
Müllerin klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Müller bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

