Futbolçular baş məşqçiyə qarşı “üsyan”a qalxdı - Almaniya klubunda

20 Dekabr 2023 00:20 Almaniya 650
Futbolçular baş məşqçiyə qarşı “üsyan”a qalxdı - Almaniya klubunda

Dortmund “Borussiya”sında baş məşqçi və oyunçular arasında gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, Dortmud təmsilçisinin lider oyunçuları klubun baş məşqçisi Edin Terziçdən narazıdırlar.

Onlar “Borussiya”nın CEO-su Hans-Yoahim Vatskeyə mütəxəssislə əməkdaşlığa davam etməyin komanda üçün yaxşı olmayacağını bildiriblər.

Xəbərdə Edin Terziçlə yolların ayrılacağı təqdirdə, ilk namizədin Oliver Qlasner olduğu vurğulanıb.

Terziç 2022-ci ildən Dortmund komandasını çalışdırır. Onun rəhbərliyi altında komanda bu mövsüm Çempionlar Liqasının qrup mərhələsini 11 xalla lider kimi başa vurub və 1/8 finala adlayıb.

“Borussiya” 1/8 finalda PSV ilə qarşılaşacaq. “Qara-sarılar” Bundesliqanın turnir cədvəlində isə 26 xalla 5-cidirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti