“Leyptsiq”in baş məşqçisi Marko Rouz hücumçu Timo Vernerin komandadan mümkün gedişi barədə danışıb.
Sportinfo.az xəbər verir ki, alman mütəxəssis oyun prinsipinin ən vacib şey olduğunu bildirib:
“Oyunun prinsipi ən vacib şeydir. Hər bir futbolçu oyun vaxtı üçün rəqabəti qəbul etməlidir. Verner bunu qəbul edib-etmədiyinə tez qərar verməlidir”.
Verner bu mövsüm “Leyptsiq”də əsas oyunçu deyil. 27 yaşlı hücumçunun Bundesliqada 8 matçda iki qolu var.
Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

