COP29

"Bilirəm ki, mən bu işdə kömək etmək üçün buradayam"

18 Noyabr 2023 10:00 Almaniya 341
"Bilirəm ki, mən bu işdə kömək etmək üçün buradayam"

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasını qazanmaq üçün klubun təzyiqlə üzləşməsi ilə bağlı sualları cavablandırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis forvard Münhen klubuna kömək etmək üçün burada olduğunu bildirib:

“Əlbəttə, bu, dünyanın ən böyük klublarından birində oynamağın bir hissəsidir. Çempionlar Liqasını qazanmağımız gözlənilir və bilirəm ki, mən bu işdə kömək etmək üçün buradayam. Mən də Çempionlar Liqasını qazanmaq istəyirəm”.

30 yaşlı hücumçu bu mövsüm 16 oyun keçirib, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!