.jpg)
Almaniya 3-cü liqasında 21-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Osnabryuk”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Nazarov da sözügedən oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
Komandasının yeganə qolunu da 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Nazarov vurub.
“Ersgebirge” hazırda 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
"Osnabryuk" - "Ersebirge" 3:1
Qollar: Enqelhart, 9, Kunze, 57, Heyder, 79 - Nazarov, 21-pen