
"Başakşehir"in yarımmüdafiəçisi Məsut Özil aktiv futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu bir gün əvvəl Türkiyə çempionatının 22-ci turunun “Kayserispor”la oyununda (0:1) start heyətinə daxil olsa da, oyun keyfiyyətinin aşağı olmasına görə 46-cı dəqiqədə əvəzlənib.
Bu gün Özil məşqdən yayınıb və komanda yoldaşlarına karyerasını başa vurması ilə bağlı məlumat verib.