Bir qapıçını satdı, yerinə həmyerlisini gətirdi

20 Yanvar 2023 01:40 Almaniya 713
Bir qapıçını satdı, yerinə həmyerlisini gətirdi

Yann Sommeri "Bavariya"ya satan "Borussiya" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Münhenqladbax təmsilçisi "Monpele"dən Yonas Omlini transfer edib.

"Borussiya" isveçrəli qapıçı ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. 29 yaşlı "əlcək sahibi" yeni klubunda 1 nömrəli forma ilə çıxış edəcək.

Yonas Omlin "Monpelye"yə 2020-ci ilin yayında "Bazel"dən transfer olunmuşdu.

Təcrübəli qapıçı cari mövsümdə Fransa klubunun heyətində 14 rəsmi matçda meydana çıxıb. O, 3 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar