Millinin sabiq müdafiəçisi 33 yaşında karyerasını bitirdi - Almaniyada

7 Sentyabr 2022 00:20 Almaniya 514
Millinin sabiq müdafiəçisi 33 yaşında karyerasını bitirdi - Almaniyada

Almaniya millisinin və "Bavariya"nın sabiq müdafiəçisi Holger Badştuber peşəkar karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.

Təcrübəli mərkəz müdafiəçisi 33 yaşında futbolla vidalaşıb.

Holger Badştuber peşəkar karyerasına "Bavariya"da başlayıb. O, 8 il Münhen təmsilçisinində oynadıqdan sonra 2017-ci ildə "Şalke"yə transfer olunub.

Daha sonra "Ştutqart"a keçən Badştuber son olaraq İsveçrə "Lütsern"ində çıxış edib. Təcrübəli oyunçu Almaniya millisinin heyətində meydana çıxdığı 31 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi